İdman
17:38, 22 aprel 2020
59
0

16 yaşlı futbolçu həyatda qalmaq uğrunda mübarizə aparır

16 yaşlı futbolçu həyatda qalmaq uğrunda mübarizə aparır
İtaliyanın C seriyasında çıxış edən “Viçentsa” klubunun 16 yaşlı futbolçusu baş beyin insultu keçirib.

Klubun rəsmi saytı lrvicenza.net xəbər verir ki, Edoardo Boltson təcili əməliyyat olunub.

Xəstəxanadan bildirilib ki, hazırda onun həyatı üçün təhlükə sovuşmayıb.

“Edoardo, sən futbol meydanında hər top üçün əsl döyüşçü kimi mübarizə aparmısan. Hazırda daha çətin mübarizənin içindəsən, lakin biz sənin nə qədər güclü olduğunu bilirik.

Dostların və bütün “qırmızı-ağ” ailəsi səninlədir. Edoardo, təslim olma! Biz səbirsizliklə səni meydanlarda gözləyirik”, - klubun yaydığı bəyanatda qeyd olunub.
Digər xəbərlər: