Hadisə
13:27, 15 aprel 2020
68
0

Azərbaycanda dəhşət: Qadın toyuq hinində yandı

Azərbaycanda dəhşət: Qadın toyuq hinində yandı
Qəbələ rayonunda yanğın hadisəsi baş verib.

Anews.az-ın xəbərinə görə, rayonun Vəndam qəsəbəsində qəsəbə sakini, 1992-ci il təvəllüdlü Alıyeva Rəmziyə Abil qızı toyuq hinində təmizlik işləri görərkən oradakı otun üstünə benzin töküb və od vurub. Nəticədə ot qəfil alovlanıb. Alov güclü olduğu üçün qadın hindən çıxa bilməyib və bədənin bütün nahiyələri yanıb.

R. Alıyeva 3-cü dərəcəli termiki yanıq dərəcəsi ilə əvvəlcə Qəbələ rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakıdakı Respublika Yanıq Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: