Cəmiyyət
12:05, 19 oktyabr 2020
66
0

Xainliyin tarixini unutmaq qəti olmaz.......

Xainliyin tarixini unutmaq qəti olmaz.......
Heç şübhəsiz ki, Qarabağda əsas qələbəni xilaskar Azərbaycan ordusu qazanır. Ona gör də bütün diqqətimiz rəşadətli
əsgər və zabitlərə yönəldilməlir. Onların hər qələbəsi diplomatik danışıqlarda və informasiya savaşında Azərbaycanın mövqeyini möhkəmlədir. Odur ki, müzəffər ordumuzun qalibiyyət yürüşü davam etməlidir, Dağlıq Qarabağ və ətraf 7 rayon azad edildikdən sonra danışıqlar Azərbaycanın ev sahibliyi Şuşa və Xankəndində təşkil olunmalıdır. O zamana qədər ermənilərin hiyləsinə uymaq və danışıqlar stolunun arxasına oturmaq olmaz. Xainliyin tarixini unutmaq qəti olmaz.
Teref.az yazır ki, bunu ADR sədri politoloq Qubad İbadoğlu deyir. Daha sonra Qubad bəy yazır:
Xatırlayırsınızsa, 1992-ci ilin 21 fevralında Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşündə atəşkəs razılaşması imzalandı. Beş gün sonra ermənilər Xocalı soyqırımını törətdi. Həmin il may ayının 7-də İran prezidenti Əli Əkbər Rəfsəncaninin vasitəçiliyi ilə Tehranda Ermənistan prezidenti Levon Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov görüş keçirdi və atəşkəs razılığı elan olundu. Cəmi bir gün sonra mayın 8-də Şuşa erməni silahlı qüvvələri tərəfindən işğal edildi.
2020-ci ili oktyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşündə əldə olunan humanitar atəşkəs razlaşmasından sonrakı 1 həftə ərzində Gəncənin gecəyarısı 2 dəfə raket atəşinə tutulması nəticəsində 25 nəfərdən çox dinc sakin həlak olub, 100-ə qədər şəxs yaralanıb.
Mənə elə gəlir ki, bu müharibədə son sözü Azərbaycan ordusu deməlidir. Təbii ki, bununla yanaşı diplomatlar, xaricdə yaşayan soydaşlarımız da cəbhələrdəki qələbələrdən ruhlanıb, daha intensiv fəaliyyət göstərməklə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmalıdır. Bazar günü bu baxımdan xeyli məhsuldar olub. Dünya Azərbaycanlıları Nyu Yorkda, Atlantada, Torontoda, Haaqada, Berlində, Sankt Peterburda, Tehranda və Təbrizdə Qarabağa dəstək askiyaları keçiriblər. Mən də ABŞ-ın fərqli ştatlarından gələn komandamızla bərabər Nyu-York aksiyasına qatılmışdım. Hər kəs coşğulu və inamlı idi. Çünki, cəbhədən yaxşı xəbərlər gəlirdi. Füzulidə və Xudafərində 27 ildən sonra Azərbaycan bayrağı qaldırılmış, xilaskar ordumuz bütün cəhbə boyu irəliləmiş, Şimaldan Kəlbəcər, Ağdərə, Xankəndi və Şuşaya, Cənubdan isə həm Xocavəndə, həm də Zəngilan və Qubadlıya doğru daha üstün mövqelər qazanmışdır. Artıq Cəbrayıl rayonun Zəngilana qədər olan bütün kəndləri işğaldan azad edilmişdir.
İnanıram ki, bu həftə sevincimizin miqyası Füzuli və Cəbrayıldan da böyük olacaq. Şanlı Azərbaycan ordusu yalnız torpaqlarımızı deyil, həm də tariximizi geri qaytaracaq və yeni tarix yazacaq. Eşq olsun, Milli Orduya!
Xainliyin tarixini unutmaq qəti olmaz.......
Digər xəbərlər: