Cəmiyyət
"Yaxın günlərdə yeni xoş xəbərlər ictimaiyyətə təqdim olunacaq" - Vüqar Bayramov
“Mütəmadı olaraq erməni silahlı qüvvələri Horadiz şəhərini hədəfə alır və kəndlərimizi atəşə tutur”.
Bunu KONKRET.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirib.
O, döyüş başlayan gündən rayonda olduğunu, insanlarla görüşdüyünü, prosesləri yerində izlədiyini deyib:
“Bütövlükdə insanlarımızda əhval-ruhiyyə yüksək səviyyədədir”.
Deputat vurğulayıb ki, oktyabrın 5-də Horadizdəki deputat ofisi atəşə tutulub, binaya ciddi ziyan dəyib:
“Füzulinin kəndlərində insanlar əllərində bayraqla Ali Baş Komandana və ordumuza dəstək olurlar. Qarabağda hər iki istiqamətdə irələyirik. Yaxın günlərdə yeni xoş xəbərlərin ictimaiyyətə təqdim olunmasını gözləyirik”.
Vüqar Bayramov beynəlxalq təşkilatların və bir sıra ölkələrin proseslərə mövqeyinin ədalətli olmadığını da qeyd edib:
“Xüsusilə də dövlətlər işğalçı ilə işğala məruz qalana eyni münasibət sərgiləyirlər. Bu gün Azərbaycan işğalda olan torpaqlarının azad olunması istiqamətində addımlar atır. Əlbəttə, bu cür təzyiqlərin olması və qətnamələrin qəbul olunması müəyyən qədər gözlənilən idi. Amma bu, Azərbaycanın haqq işini dayandırmasına gətirib çıxarmamalıdır. Ali Baş Komandanımızın da qeyd etdiyi kimi ordumuz son qarış torpağımız azad olunana qədər mübarizəni davam etdirməlidir”.
Daha çox xəbər:
Deputat əlillərlə bağlı Nazirlər Kabinetinə müraciət etdi
Ceyhun Bayramov xaricdəki diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri ilə videokonfrans keçirib
Ceyhun Bayramov səfirliklərə əl qatacaqmı? - Gözlənti
Ceyhun Bayramov Almaniya səfiri ilə görüşdü - FOTO
Düşmən Tərtəri atəşə tutmağa başladı, yaralılar var