Gündəm
Bu ŞƏR CÜTLÜYÜ Məhəmməd Ərsoyu NİYƏ HƏDƏFƏ ALDI?.. - Mehdiyev-Həsənov ortaqlığının YENİ HOQQASI
Odur ki, boş verin... Davamız isə davam edəcək...
Necə ki, bu davanın 25 illik tarixi var və elə Ramiz Mehdiyevin, Əli Həsənovun ölüm kağızlarını görənə qədər davam edəcək.
Yeri gəldiyindən son parlament seçkilərində seçicilərlə görüşümdən bir videonu təkrar olaraq diqqətinizə təqdim edirəm. Həmin görüş 9 fevral ərəfəsində baş tutub. Rəqibim Aydın Mirzəzadə idi... Orda seçiclərə xitabən deyirəm ki, Aydın Mirzəzadənin "allahı" olan Ramiz Mehdiyevi İlham Əliyev arxivə yolladı, gəlin biz də əl-ələ verib ona biət edənləri layiq olduqları ünvana yollayaq... Elə də olacaq...
Sonda bir şeyi də deyim ki, adamlar hələ də güclüdürlər... Hələ də onlara yaxın dairələr meydan sulayırlar. Məhkəmələrdə də yetərincə Ramiz Mehdiyev-Əli Həsənov adlı ŞƏR CÜTLÜYÜ yetərincə söz sahibidir. Ona gər də bu gün də dia.az-a qarşı absurd iddiaları məhkəmələr bəh-bəhlə qəbul edirlər. Köhnə metodla köhnədən qalan güclərini işə salıb məni susdurmaq istəyirlər. Amma alınmayacaq.
25 illik mətbu fəaliyyətim boyunca 25 min dəfə onların şəri ilə üz-üzə qaldım... Yenə də varam... Onlara bənzərlər isə heç vaxt olmadıqları kimi yenə də olmayacaqlar...
9 fevral seçkilərində seçicilərimdən görüşlərdən birində etdiyim çıxış. O zaman belə Ramiz Mehdiyevdən danışmaq təhlükəli idi. MSK başda olmaqla bütün DSK və MnSK-lar Ramiz Mehdiyevə biət edir, onun köhnəlmiş direktivləri ilə hərəkət edirdilər...
Məhəmməd ƏRSOY
Dia.az-ın baş redaktoru
Daha çox xəbər:
Ramiz Mehdiyev vəzifəsindən azad edildi: Növbə kimindir? - SİYAHI
Səfər Mehdiyev yenə də CASUS OVUNDA - DGK sədri pişvaza hazırlaşmalıdır...
Əli Həsənovun başı üzərində “qara buludlar” sıxlaşır – FETÖ ittihamları ona nə vəd edir?
Ailə üzvlərini “qara siyahı”ya atan Xatirə: “Ərimə heç kim dözməzdi” - VİDEO
Sərdar Cəlaloğlu: "DTX-yə müraciət etmişəm"
