Şou
14:09, 07 may 2020
160
0

Ailə üzvlərini “qara siyahı”ya atan Xatirə: “Ərimə heç kim dözməzdi” - VİDEO

Ailə üzvlərini “qara siyahı”ya atan Xatirə: “Ərimə heç kim dözməzdi” - VİDEO
“Ailə üzvlərimin hamısını “qara siyahı”ya atmışam”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.

Aparıcı Zaur Kamalın sənətçiyə ünvanladığı “Karantində ailə üzvlərinin hansı cəhətini yenidən kəşf etdin?” sualına X.İslamın reaksiyası belə olub:

“Bacımı, qardaşımı, anamı telefonda “qara sıyahı”ya atdım (gülür). Deyirəm ki, bu karantinin müddəti bir azda uzansaydı, hamı bir-birini daha yaxşı tanıyardı. Adam səbirsiz olur, əsəbiləşir. Xoşuma gəlmir, ürəyimcə olmur, “qara sıyahı”ya atıram”.

Sonra isə Xatirə özünə qoyduğu qadağalardan danışıb:

“Çalışıram ki, qalmaqallardan uzaq olum. İstəmərəm ki, oğlum hansısa sənət yoldaşımla dava etdiyimlə bağlı görüntülərin şahidi olsun”.

Aparıcının “Kim sənin yerində olsa, buna dözməzdi?” sualı isə müğənnini təəccübləndirib. Bir az düşündükdən sonra o, həyat yoldaşının adını çəkərək, fikirlərini belə tamamlayıb:

“Ərim Fəxrəddinə heç kim dözmədi, amma mən dözürəm”.

Qeyd edək ki, Xatirə İslamla Fəxrəddin Musayevin Emil adlı bir oğlu var.

Digər xəbərlər: