Cəmiyyət
Şəhidin 9 aylıq övladının kirvəsi oldu
Aparıcı Hacı Nuran Hüseynov şəhid Elşad Məmmədovun oğlunun kirvəsi olub.
Open.az xəbər verir ki, bu haqda Hacı Nuran özü məlumat verib.
O bildirib ki, 9 aylıq Məhəmmədin kirvəsi olacaq: "Bəlkə beləcə, çıxa bildim bir şəhid ruhu qarşısındakı borcumdan. Bəlkə beləcə, şad edə bildim bir nakam atanın narahat ruhunu. Hər nədirsə, çox xoşbəxtəm 9 aylıq Məhəmmədin kirvəsi olacağım üçün".
Qeyd edək ki, Elşad Məmmədov Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olub.