Sosial
23:25, 04 sentyabr 2020
80
0

Otellər qarşısında qoyulmuş bu iki tələb ləğv edildi

Otellər qarşısında qoyulmuş bu iki tələb ləğv edildi
Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nda dəyişiklik edib.

Unikal.org xəbər verir ki, qüvvədə olan Qaydalara əsasən, mehmanxananın bütün işçi heyəti yeddi gündə bir dəfə mehmanxana daxilində və mehmanxana hesabına COVID-19 testindən keçməli idi.

Bundan başqa, COVID-19 olan, habelə son 48 saat ərzində COVID-19 testinin nəticəsinin neqativ olması barədə müvafiq arayışı olmayan, xəstəlikdən sağalmış (sonuncu COVID-19 testinin nəticəsinin neqativ çıxdığı tarixdən minimum 14 gün keçməlidir), lakin son testin nəticəsinin neqativ çıxması tarixindən 14 gün keçməyən, habelə testin nəticəsi pozitiv çıxmış şəxslərlə təmasda olması səbəbindən özünütəcrid rejimində olan qonaqlar mehmanxanaya qəbul edilmirdilər.

Yeni dəyişikliklə hər iki tələb ləğv edilib.
Digər xəbərlər: