Dünya
“Köpük ev” satışa çıxarıldı - FOTO
Avstraliyada İpsviç şəhəri yaxınlığında köpük formasında hazırlanmış ev satışa çıxarılıb.
“Designboom” xəbər verir ki, sahibləri onu 1,8 milyon Avstraliya dollarına (təxminən 225 000 AZN) satmağı planlaşdırırlar.
Obyekt min kvadrat metrdən çox ərazini əhatə edir və 11 beton köpük-günbəzdən ibarətdir. Evin 20 otağı var: bir qonaq, üç yataq, iki hamam, mətbəx, emalatxana, şərab anbarı, iki kitabxana və iş otağı. Villanın həyətində qaraj və golf sahəsi də var.
Qeyri-adi evin müəllifi Avstraliyalı memar və “Birchall & Partners” memarlıq bürosunun sahibi Qreham Birçalldır. O, tikilinin konstruksiyasını 1981-ci ildə dissertasiya layihəsi kimi hazırlayıb.
Daha çox xəbər: