Mədəniyyət
22:15, 01 sentyabr 2020
130
0

Əməkdar artist Operativ Qərargaha SƏSLƏNDİ: “Açın qapıları”

Əməkdar artist Operativ Qərargaha SƏSLƏNDİ: “Açın qapıları”
“Çox sevindim ki, muzeylər açıldı, biz aktyorların da arzusu kaş ki, yerinə yetirilsin. Artıq aylardır ki, teatrların qapısı bağlıdır, heç məşqlərə də gedə bilməmişik. Çox darıxmışam, istəyirəm ki, bütün teatrlar açılsın”.
Bunu Yenicag.az-a açıqlamasında əməkdar artisti, tanınmış aktyor Rəhman Rəhmanov deyib.
Aktyor Operativ Qərargaha səslənərək, arzusunu dilə gətirib:
“Teatr insanların kollektiv şəkildə üz tutduğu bir məkandır, 500 nəfər tamaşaçı gələ bilər. Yəqin düşünürlər ki, teatrlar açılsa, yoluxma arta bilər. Amma müəyyən şərtlər daxilində teatrların fəaliyyətini bərpa etmək olar. Təbii ki, sosial məsafə gözlənmək şərti ilə. Tamaşaçı bir oturacaqda otursun, digər iki oturacaq boş qalsın. Bu qayda ilə oturacaqlarda növbəlilik prinsipi qorunacaq. Belə olan halda sosial məsafə də qorunacaq. Maskadan istifadə etmək, dezinfeksiya işlərini həyata keçirmək, bir sözlə, izolyasiya tədbirlərinin tətbiqi ilə bu mümkündür”.
Aktyor xarici ölkələrdə artıq teatrların fəaliyyətinin bərpa olunduğunu da bildirib:
“Xarici ölkələrin əksəriyyətində teatrların fəaliyyəti bərpa olunub. Hətta Böyük Teatr da qapılarını açıb. Həmin məkanlarda tibbi qaydalara əməl olunaraq, qapılar tamaşaçıların üzünə açılıb. Xalq, tamaşaçı da artıq çox darıxıb. Arzu edərdim ki, Operativ Qərargah növbəti qərarlarını verərkən, mütləq teatrları da nəzərə alsınlar. Bu, bütün teatr cameəsi, tamaşaçı ordusunun ən böyük arzusudur”.
Digər xəbərlər: