Sosial
12:40, 27 avqust 2020
74
0

Bakıda şirniyyat mağazasının işçisi oğurluq etdi

Bakıda şirniyyat mağazasının işçisi oğurluq etdi
Bakıda şirniyyat mağazasında oğurluq hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə iyulun 27-dən avqustun 25-dək müddət ərzində Binəqədi rayonu S.Məmmədova küçəsindəki şirniyyat mağazalarının birində qeydə alınıb.

Belə ki, naməlum şəxs Ş.Hüseynovun icarə əsasında işlətdiyi mağazanın paltardəyişmə otağında şalvarının cibindən 770 manat pul oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şirniyyat mağazasının işçisi, 1996-cı il təvəllüdlü A.Salahova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: