Hadisə
12:29, 13 iyul 2020
55
0

Bakıda 61 yaşlı qadına qarşı soyğunçuluq edildi

Bakıda 61 yaşlı qadına qarşı soyğunçuluq edildi
Bakıda soyğunçuluq hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə iyulun 12-də, saat 18 radələrində Binəqədi rayonu, Mircəlal küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs 1959-cu il təvəllüdlü qadının içərisində 150 manat pul, şəxsiyyət vəsiqəsi, bank və sağlamlıq kartı olan pul kisəsini soyğunçuluq yolu ilə talayıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1984-cü il təvəllüdlü Ramiz Mehrəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Digər xəbərlər: