Siyasət
11:24, 24 dekabr 2019
143
0

Mehriban Əliyeva İlham Əliyevi ad günü münasibətilə təbrik edib

Mehriban Əliyeva İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

Virtualaz.org bildirir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında dövlət başçısını bu münasibətlə təbrik edib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir. Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!" - deyə təbrikdə qeyd olunub.
Digər xəbərlər: