Cəmiyyət
12:48, 18 avqust 2020
60
0

Livan Gömrük Xidmətinin başçısı həbs edildi

Livan Gömrük Xidmətinin başçısı həbs edildi
Məhkəmə Livan Gömrük Xidmətinin rəhbəri Bədri Daher barəsində həbs qərarı çıxarıb.

NNA agentliyi xəbər verir ki, bu qərar Beyrut limanında baş verən partlayışla bağlı açılan cinayət işi ilə əlaqədardır.

B.Daher dörd saat dindirildikdən sonra hakimin qərarı ilə məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış nəticəsində 171 nəfər ölüb, altı mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüzlərlə əmlaka zərər dəyib.

Rəsmi versiyaya görə, hadisəyə səbəb gömrük xidmətləri tərəfindən 2014-cü ildə müsadirə olunan və bir anbarda saxlanılan 2750 ton ammonium nitratının partlaması olub.
Digər xəbərlər: