Dünya
Beyrutda baş vermiş partlayışın vurduğu zərər 15 milyard dolları keçib
Avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində dəymiş ziyan 15 milyard dollardan çox qiymətləndirilir.
Anews.az bildirir ki, bunu ölkə prezidenti Mişel Aun İspaniya kralı VI Filipplə telefon danışığında bildirib.
"Prezident Aun qeyd edib ki, ilkin hesablamalara görə, Livana dəymiş ziyan 15 milyard dolları ötüb”, - Livan prezidentinin mətbuat xidmətinin internet saytında yayılan açıqlamada qeyd olunub.
Öz növbəsində İspaniya kralı Livan xalqına başsağlığı verərək, lazımi köməkliyi göstərməyə hazır olduğunu deyib.
Qeyd edilib ki, sığorta şirkətləri ilkin qiymətləndirmə zamanı Beyrut limanında baş vermiş partlayışdan sonra dəyən ziyanın 3 milyard dollar dəyərində olduğunu bildiriblər.
Daha çox xəbər:
Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO
Beyrutda hökumət əleyhinə etirazlar başladı - FOTO
Rusiya ABŞ-ın dövlət istiqrazlarına 10,51 milyard ABŞ dolları investisiya qoyub
Beyrutda yükü partlayan gəminin kapitanı: “Sənəddə gübrə daşındığı yazılmışdı”
Vahid Ələkbərov 2,6 milyard dollar itirdi