Cəmiyyət
11:27, 13 noyabr 2019
38
0

Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi, döyüldü - Video

Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi, döyüldü - Video
Sosial şəbəkələrdə iki şəxsin yolu bağlayaraq hərəkətə süni maneələr yaratmasının əks olunduğu video yayılıb.
Bizimyol.info xəbər verir ki, videogörüntülərdən məlum olur ki, yola zibil qutusu qoyulub. Şəxslər həmin yoldan insanların və nəqliyyat vasitələrinin gediş-gəlişinə mane olmağa çalışır.

Onlardan biri onlara etiraz edən qıza hücum edərək xəsarət yetirib.

Daha sonra sərxoş olduğu ehtimal olunan şəxslər ətrafdakı vətəndaşlar tərəfindən zərərsizləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsi məsələyə münasibət bildirib.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılır:

“Videgörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Müvafiq rayon Polis İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Digər xəbərlər: