Mədəniyyət
"Həyata qayıtmaq istidən yanan səhrada yol getmək kimi idi"
"İlk növbədə həkimlərə, daha sonra isə mənim sağalmağım üçün dua edən hər kəsə təşəkkür edirəm. Həyata qayıtmaq istidən yanan sonsuz bir səhrada yol getmək kimi idi. Sonunda məni təmiz su axınları qarşıladı. Bunlar dualarınızdı, əziz dostlarım".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə yazıb.
Koronavirus infeksiyası ilə mübarizə aparan aktyor sağalmasından bəhs edib: "Namaz əsnasında məscidlərdə və evdə mənim üçün dua etdiniz, xristian kilsələrində şam yandırdınız və sinaqoqların müdrik sükutunda yaradana səslədiniz. Hətta heç bir dinə etiqad etməyənlər o qədər isti, səmimi sözlər söylədilər ki, mənim üçün onlar da bir dua oldu. Tanış və dost olduğum hər kəsə çox təşəkkür edirəm! Tanımadığım insanlara xüsusi təşəkkür edirəm, çünki dualarınız və dəstəyiniz mənim üçün insan mehribanlığının ən təsirli, parlaq və əvəzolunmaz təzahürü oldu. Tanrı sizi hər zaman qorusun. Sizə və sevdiyiniz hər kəsə can sağlığı diləyirəm".
Daha çox xəbər: