Cəmiyyət
23:07, 24 iyul 2020
43
0

Hərbi prokuror: Silahlı Qüvvələrdə qeydə alınan cinayətlər ötən illə müqayisədə 37% azalıb

Hərbi prokuror: Silahlı Qüvvələrdə qeydə alınan cinayətlər ötən illə müqayisədə 37% azalıb
2020-ci ilin birinci yarımilində Hərbi Prokurorluq orqanlarının fəaliyyəti nəticəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

APA-nın məlumatına görə, bu barədə Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

O qeyd edib ki, hesabat dövründə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə bir sıra işlər görülüb, nəticədə qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 37% azalıb.
Digər xəbərlər: