Cəmiyyət
Sosial şəbəkə istifadəçilərinə və jurnalistlərə “işverən” deyən gənc saxlanıldı - FOTO
Bu gün "Fairmont Baku" otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri onun istirahətini pozmaqda ittiham etmişdi.
O, video çəkərək media nümayənələrini və sosial şəbəkə istifadəçilərini "işverən" adlandırmışdı.
Daha sonra Daxili İşlər Nazirliyinin həmin oteldə saxladıqları şəxslər arasında həmin şəxsin olmaması sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmamışdı.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, həmin şəxsin kimliyi müəyyən edilib və polis idarəsinə aparılıb.
O, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayevdir.
Onun barəsində qanunvericiliyə uyğun şəkildə tədbir görüləcək.
Daha çox xəbər:
İnstaqram istifadəçilərini narazı salacaq İNANILMAZ YENİLİK
Sosial şəbəkələrdə yeni “çelenc” başladı: Dünyanın ən çətin hərəkəti - VİDEO
Azərbaycanda jurnalistləri təhqir edən biznesmen oğlu azadlığa buraxıldı - FOTO
Damda qumar oynayanlar saxlanıldı
Anardan imic qalmaqalına sərt reaksiya: “Röya ilə Natavan arasında bənzərlik sıfırdır” - VİDEO