Cəmiyyət
155 azərbaycanlı Rusiyadan vətənə qayıdır - FOTO
Azərbaycan nümayəndə heyəti Dağıstanda sərhəddə qalan həmvətənlərimizin ölkəyə qaytarılması üçün Rusiya-Azərbaycan sərhədinə gedib.
“İnterfax Rusiya” bu barədə Dərbənd rayonunun başçısı Fuad Şıxıyevin açıqlamasına istinadla xəbər yayıb.
O qeyd edib ki, Dağıstanın başçısı Vladimir Vasilyev Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Məsələ tam həll olunub. Avtobuslar hazırlanıb. 155 həmvətənimiz bu gün evində olacaq.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən sərhədlərin bağlanılması nəticəsində Azərbaycan vətəndaşları Rusiya ilə sərhəddə qalıb.
Daha çox xəbər:
Bu gün daha 120 vətəndaşımız Rusiyadan vətənə qayıdır
Rusiya XİN Ankarada Suriya ilə bağlı keçirilən görüş barədə məlumat yayıb
Sərhəddə qida təhlükəsizliyi məntəqələri yaradılacaq
Rusiya ilə sərhəddə 700 Azərbaycan vətəndaşı hələ də qaytarılmayıb
Azərbaycan, Rusiya və İran liderləri tezliklə görüşə bilər