Cəmiyyət
Azərbaycanda daha bir xəstəxanada koronavirus xəstələrinin görüntüləri yayıldı - VİDEO
Sumqayıtda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanadan görüntülər yayılıb.
Görüntülər şəhərin 1 saylı Xəstəxanasında çəkilib.
Videoda görünən pasiyentlərin COVID-19 xəstələri olduğu iddia edilir.
Xəstəxananın reanimasiya şöbəsində çəkildiyi iddia edilən görüntülərin tibb işçisi tərəfindən lentə alındığı ehtimal olunur.
Məsələ ilə bağlı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a cavab verib.
O bildirib ki, sözügedən məsələ ilə bağlı başlayan araşdırma yekunlaşıb:
"Aparılan araşdırmalar nəticəsində Sumqayıt şəhər 1 saylı Xəstəxanasının reanimasiya şöbəsindən video çəkən tibb bacısı müəyyən edilib. Aidiyyəti üzrə həmin tibb bacısı etdiyi əmələ görə inzibati qaydada cəzalandırılıb”.
Daha çox xəbər:
Azərbaycanda daha səkkiz tibb işçisi koronavirusa yoluxdu - AÇIQLAMA
Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu - ÖZƏL
Videosu yayılan 27 yaşlı tibb bacısını maşın vurub öldürdü - VİDEO
Tibb işçiləri ictimai nəqliyyatın olmadığı həftə sonları işə necə gəlməlidir? - RƏSMİ AÇIQLAMA
DƏHŞƏT: Bakıda tibb bacısı faciəvi şəkildə öldü