Siyasət
Jurnalist bir qrup şəxslə prezidentə MÜRACİƏT edib
Mayın 18dən Naxçıvan Muxtar Respublikasından Bakıya reyslər təşkil edilməli idi. Amma bir günün içində bütün biletlərin alındığı diqqətə çatdırılsa da, biletlərin alanların dəqiq kimliyi naməlum qaldı. Çünki çox sayda insan karantin elan olunandan Naxçıvan Muxtar Respublikasından Bakı və digər şəhərlərəmizə qayıda bilmir.
Anews.az xəbər verir ki, jurnalist Tural Ozan öz sosial şəbəkə profilindən bir neçə həmvətənimiz ilə prezident İlham Əliyevə video müraciət ediblər. Onlar video müraciətlərindən ölkə başçısından Naxçıvan Muxtar Respublikasından ölkəmizin digər şəhər və rayonlarına, eləcə də Bakıya qayıtmağa yardım etməyini xahiş ediblər.
Müraciət:DİQQƏT! Dəyərli dostlar, mənim təşəbbüsümlə Naxçıvanda qalan yüzlərlə sakinlə birlikdə Prezident – Ilham Aliyev – ə videomüraciət ünvanladıq. Videoda baxın görün, burada qalan cammat artıq nə haldadı, nə vəziyyətə düşüblər. Çox xahiş edirəm paylaşın, dəyərli jurnalist həmkarlar, bu acınacaqlı vəziyyətdə qalan insanların müraciətini ictimailəşdirin xəbər kimi. Rəsmi qaydada müraciət edirik, eyni zamanda mənə olunan yüzlərlə müraciətdən sadəcə bir neçəsidir. Yaşlı insanlar varki hər gün zəng edilər, heç telefonları yoxduki video çəksinlər, nədəki bacarmırlar. Pandemiya ilə əlaqədar olaraq bir – bir gəzib Naxçıvanda onları tapa bilmirəm. AZAL, 3aydan çoxdur burda qalan sakinlərə qarşı görün nələr etdi. PAYLAŞIN.
Daha çox xəbər:
Naxçıvanda təbiətə qayğı göstərilir
Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.
Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı
Naxçıvanda koronavirusa yoluxanların sayı artdı - ÖLƏN VAR