Dünya
11:32, 13 iyun 2020
50
0

Evə çağırılan bərbər faciəyə səbəb oldu

Evə çağırılan bərbər faciəyə səbəb oldu
Türkiyənin Diyarbəkir şəhərində evə çağırılan bərbər ailənin faciəsinə səbəb olub.

“Haber Global” məlumat verir ki, 55 yaşlı N.E. dörd ildir yataq xəstəsi olan 76 yaşlı əri M.E. ilə koronavirusa görə evlərində karantində olub.

Onların evə çağırdığı bərbər gedəndən bir həftə sonra cütlükdə koronavirus simptomları üzə çıxıb.

Ər-arvad xəstəxanaya yerləşdirilərək həkim nəzarətinə götürülüblər.

Qadının vəziyyəti yaxşılaşsa da, yataq xəstəsi olan əri yeddi gündən sonra ölüb.

Bərbərin və onun ünsiyyətdə olduğu şəxslərin kimliyi müəyyənləşdirilir.
Digər xəbərlər: