Gündəm
BMT rəsmisi Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan hüquqları ali komissarlığı ofisinin nümayəndəsi və məhkəməsiz icra olunan edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamar general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.
A.Kallamar özünün “Twitter” səhifəsində ABŞ-ın addımını qanunsuz adlandırıb.
“Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin məqsədyönlü qətli beynəlxalq humanitar hüququ pozur”,- deyə BMT rəsmisi vurğulayıb.
Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. (apa)
Daha çox xəbər:
“Süleymaninin qətli bölgədəki gərginliyi və müqavimət gücünü artıracaq”
ABŞ-dan açıqlama gəldi: İran generalının öldürülməsi əmrini Tramp özü verib
Tramp İranın “müsbət” və “pis” addımını açıqladı
İran AES-in yeni enerji blokunun tikintisinə başladı – Rusiya uranı işə salınacaq
İsrail hərbi təyyarələri Dəməşqi atəşə tutdu