İqtisadiyyat
Pensiyaçılara ŞAD XƏBƏR!- Bu rayonlarda pensiyalara dəyişiklik olacaq
Pensiyaçılara xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.
Nazirlikdən verilən məlumata görə, dəyişikliyə əsasən, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla təqaüd təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-in həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib.
Bununla əlaqədar həmin şəxslərə pensiyalarının da 2020-ci ilin iyun ayından etibarən hər ayın 14-16-sı aralığında ödənilməsi təmin olunacaq.
Eyni zamanda, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslər), habelə xüsusi və güzəştli şərtlərlə təqaüd təyin olunacaq şəxslər əlavə sualları olduğu təqdirdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə aşağıdakı telefonlardan hər hansı biri vasitəsilə müraciət edə bilərlər: (012) 563-55-46; (012) 563-55-47.
Daha çox xəbər:
Bakının bəzi rayonlarında pensiyaların verilməsində DƏYİŞİKLİK
Ailə başçısını itirənlərə pensiya, yaxud müavinət almaq hüququ verilib
I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı AÇIQLAMA
Sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq
Nazirlikdən pensiya ilə bağlı AÇIQLAMA