İqtisadiyyat
12:01, 13 may 2020
99
0

Sahil Babayevin nazirliyində "190 manat" adlı şou - ARAŞDIRMA

Sahil Babayevin nazirliyində "190 manat" adlı şou - ARAŞDIRMA
Azərbaycanda işsiz və karantin rejiminin qoyulması səbəbindən gəlirsiz qalan aztəminatlı şəxslərə birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına daxil olan müraciətlərin qəbulu artıq yekunlaşıb. Bu xəbər kimisi üçün xoş, kimisi üçün üzücü sonluqla bitdi. Redaksiyamıza bununla bağlı çoxlu mesajlar gəldi. 190 manatı əslində almaq hüququna layiq olanlar bu puldan məhrum oldu, əksinə sadəcə şansını yoxlamaq məqsədiə müraciət edənlər isə müavinat sahibi oldular.

Bəs əslində bu pulun verilməsi kimlərə şamil olunvfks idi? Nazirlər Kabinetinin birdəfəlik ödəmənin hansı şəxslərə aid edilməsi ilə bağlı 127 nömrəli qərarı var. Həmin sənəddə Əmək və əhalinin Sosial müdafiəsi Nazirliyinin hökumətin ayırdığı 190 manatı necə pdəyəcəyi barədə müddəalar aydın şəkildə öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlətin onların qarşısında qoyduğu bu ümdə vəzifəni necə yerinə yetrdiklərini yoxlamaq üçün özümüz Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarına uyğun gələn iki vətəndaşla (onların razılığı əsasında- red) bağlı qeydiyyat aparmaq qərarına gəldik. . Həyat yoldaşı xarici vətəndaş olan 2 xanımı qeydiyyatdan keçirtdik. Sistemdə hər ikisinə evli şəxslərin həyat yoldaşı haqqında fin məlumatları doldurmaq tələbi ilə üzləşdik. Bu şəxslərin məlumatları sistemdə yarımçıq kimi göstərildi. Həmin bu vətəndaşlardan birinə adında maşın olduğuna görə, digərinə isə subay kimi qeydiyyata düşdüyü üçün imtina mesajı gəldi.

Redaksiyamıza bundan əlavə də bir neçə imtina mesajları ilə bağlı məktublar gəlib.

Həmin məktublar içində bir vətəndaş qeyd edir ki, rayonda yaşayır və heç bir gəliri yoxdur. Vətəndaşa "sizə aztəminatlılıq meyarlarına uyğun gəlmədiyinizə görə, birdəfəlik ödəmə verilməkdən imtina edilmişdir " mesajınə alıb.

Bu məsələni araşdırmaq üçün nazirlikdə məsul şəxslərdən birinə müraciət etdik. Cavabında o, bildirdi ki, həmin vətəndaşa hansısa səbəbə görə işsiz statusu verilməyib və o, iş axtaran kimi qeydiyyatda qalıb.

"Yəqin ki, işsiz statusunun verilməsinin səbəbi var. Məşğulluq idarəsinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı bildirdi ki, onların adında pay torpağı var.(Anasının adında olan pay torpağı nəzərdə tutulur - red). Ona görə imtina mesajı alıblar", - deyə Əsmər Nəcməddinqızı deyib.

Məşğulluq idarəsinin sözçüsü yəqin qaydalardan xəbərdar deyil. Çünki qaydalarda 18+ yaşına çatmış övlad həddi biluğa çatmış şəxsdir və valideynlərdən hər hansı hüquqi asılılıq daşımır. İdarə sözçüsü həm də onu qeyd etdi ki, həmin vətəndaşa bu gün iş təklifi olunub. Halbuki Məşğulluq haqqında qaydalarda vətəndaşın qeydiyyatdan keçdiyi 5 gün ərzində iş təklifi gəlməli idi və təklifə imtina olunduğu halda işsiz statusu almalı idi. Çox təəssüf ki, həmin vətəndaşa imtina gəldikdən və məsələ ictimailəşdiriləndən sonra vətəndaşın məsələsinə baxılıb və işlə bağlı təklif gəlib.

Maraqlısı odur ki, Nazirlər Kabinetinin birdəfəlik ödəmənin verilməsi qaydasının 3.1 bəndində qeyd edilir ki, Şəxs birdəfəlik ödəmənin alınması üçün "e-sosial” portalında "vətəndaşların iş axtaran və işsiz kimi qeydiyyata alınması” xidmətindən istifadə edərək müraciət edir.

3.2 bəndində işsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu qaydanın 3.4 və 3.5 uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur.

E-sosial.az saytında "online müraciət” bölməsi yarandığı ilk günlərdə vətəndaşlardan həyat yoldaşı haqqında məlumat yazmaq tələb olunmurdu. "Bununla bağlı problem yarana bilərmi?" sualına cavabında isə Əsmər Nəcməddinqızı bizə bildirmişdi ki, "xeyr, həmin vətəndaşlarda problem yaranmayacaq". Amma reallıq göstərdi ki, bu formada qeydiyyatdan keçən vətəndaşlara "həyat yoldaşınız haqqında təhrif olunmuş məlumat daxil etdiyinizdən sizə birdəfəlik ödəmə verilməkdən imtina edilmişdi"r mesajı göndərilib.

Nazir Sahil Babayev çıxışında bildirdi ki, "Şəxsiyyət vəsiqələrinin müddəti bitsə də dəyişməyənlər var, lakin bu sahədə güzəşt tətbiq edildi, şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün xüsusi karantin rejimi dövründə müraciət imkanı yaradıldı, onların şəxsiyyət vəsiqəsinin qüvvədə olma müddəti xüsusi karantin rejiminin sonunadək uzadıldı.Redaksiyamıza daxil olan bir şikayətdə vətəndaş qeyd etdi ki, ona 190 manat birdəfəlik ödəmə təyin edilsə də bankda ona "sizin şəxsiyyət vəsiqənizin vaxtı bitdiyinə görə birdəfəlik ödəməni ala bilmərsiz" cavabı verilib.Amma mMəşğulluq idarəsinin sözçüsü bu məsələyə münasibətində bildirib ki, şəxsiyyət vəsiqəsinin vaxtı bitmiş şəxslərin birdəfəlik ödəməni alması ilə bağlı heç bir problem olmayacaq.

Başqa bir şikayətdə isə vətəndaşa 190 manat birdəfəlik ödəmə təyin edilsə də banka yaxınlaşıb pulunu almaq istəyəndə bildirilib ki, "sizin pul geri çəkilib" və bunun səbəbi vətəndaşa hər hansı bir formada bildirilməyib. Amma həmin vətəndaşın adı nazirliyin saytında 190 manatı alan şəxslərin sırasında yer alıb. Onda belə çıxır adı müavinat alanlar sırasında olan vətəndaşların bu yardımı real alıb almadığı sual doğurur.

Bu məsələ ilə də bağlı Məşğulluq idarəsinin mətbuat xidmətinə müraciət etdik. İdarənin sözçüsü bildirdi ki, vətəndaşın adından pul o zaman geri çəkilə bilər ki, təkrar yoxlanış zamanı vətəndaşın və ya həyat yoldaşının adına mülk və ya maşın olduğu bəlli olsun. Bəs belə olan halda nə üçün faktiki yardımdan məhrum edilmiş şəxslərin adı siyahıdan çıxarılmayıb? Onlara verilmiş kimi hesab edilən müavinət real olaraq kimə və ya hara daxil olub?

Hətta redaksiyamıza daxil olan bir neçə müraciətdə o da qeyd olunub ki, xaricdə böyük şirkəti olub ailəsi Azərbaycanda yaşayan vətəndaş 190 manat üçün müaricət edib və birdəfəlik yardımı almaq şansı qazanıb. Daha sonra yaxın qohumlarının işlədiyi, pensiya aldıqları və avtomobil sahibi olduğu bilinsə də həmin şəxslər 190 manatı ala bilibllər.

Maraqlıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərarları hansı meyara əsaslanaraq yekun qərar verib? Əgər bunun üçün vahid qayda varsa niyə eyni mülklərə sahib olanların bəzilərinə birdəfəlik ödəmə verilib, bəzilərinə isə imtina gəlib?

Ən əsası qeyd edək ki, Nazirlər Kabinetinin 127 nömrəli qərarının 3.4 bəndində qeyd olunub ki, MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində (bu bənd də birdəfəlik ödəmə kimlərə şamil edilmir qaydaları qeyd olunub və yuxarıda qeyd olunan fotoda həmin qaydalar var) göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu qaydanın 2.3 –cü bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən ekektron qayda da birdəfəlik ödəmənin verilməsindən imtina olunur, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir.

Amma Əmək və Əhalnin Sosial Müdafisəi Nazirliyi imtina alan şəxslərin elektron kabinetində əsaslandırılmış bildirişləri yerləşdirmədi.

Apardığımız araşdırma göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinin uyğun qərarının qeyd olunan bəndlərdən əlavə bəndlər tətbiq edərək vətəndaşları birdəfəlik ödəmə almaqdan məhrum edib. Vətəndaşlara adınızda avtomobil, mülk, torpaq payı var deyib onlara birdəfəlik ödəməni verməkdən imtina edilir kimi mesajlar göndərib. Halbuki bu barədə NK qərarında elə bir bənd yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəci Nazirliyi yanında Məşğulluq idarəsinin sözçüsünün niyə hökumətin qərarı yazıldığı kimi icra olunmayıb sualına cavabında isə bildirdi ki, bu bizim cavab verəcəyimiz mövzu deyil.

Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi Nazirlər Kabinetinin qərarını niyə ictimaiyyətə açıqlamadı? sualımız hələ də cavab gözləyir.
Digər xəbərlər: