Cəmiyyət
10:52, 11 may 2020
60
0

Son 24 saat ərzində dünyada nə qədər insan koronavirusa yoluxub?

Son 24 saat ərzində dünyada nə qədər insan koronavirusa yoluxub?
Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 4,18 milyona qədər insanın bu virusa yoluxmasına yol açıb.

Anews.az "Worldometer”ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 07:00-a olan statistikaya əsasən, son bir sutka ərzində 79 875 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 4 178 154 nəfərə çatıb.

Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 3510 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 283 734 nəfərdir. İndiyədək 1 490 444 nəfər sağalıb və hazırda 2 403 976 aktiv yoluxmuş xəstə var.
Digər xəbərlər: