Dünya
Avropanın iki ölkəsində koronavirusa yoluxanların sayı artdı
Almaniya və İspaniyada koronavirusa yoluxanların sayı artıb.
Almaniyada 105, İspaniyada isə 29 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Bununla da koronavirusa yoluxanların sayı Almaniyada 639-a, İspaniyada isə 374-ə çatıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 95 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 714-ə çatıb. Bunların 55 995 nəfəri sağalıb, 3 412 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. (Report.az)
Daha çox xəbər: