Cəmiyyət
"Onları Eldar Mahmudov şərləmişdi..." - Daha bir bəraət tələbi...
“Nicat Quliyev 2013-cü ildə Eldar Mahmudov tərəfindən həbs olunanda mən çox narahat oldum. Çünki, bu həbs saxta idi. Heç bir cinayəti olmadığı halda onu tutdular”.
Bu sözləri Gununsesi.org-a açıqlamasında Azərbaycanın görkəmli ziyalılarından biri Rüstəm İbrahimbəyov sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevin prezident seçkiləri dövründə onunla “əlaqəsinə” görə həbs olunmasına münasibətində söyləyib.
Saytımıza açıqlamasında Rüstəm İbrahimbəyov bildirib ki, Nicat Quliyevlə şəxsi münasibətləri olub: “Bu münasibətlər hər hansı siyasi maraqlara söykənməyib. Onunla şəxsi dostluğumuz var. Danışıqlarımız da sırf şəxsi məsələlər barəsində olub. O, çox savadlı insandır. O dövrdə Eldar Mahmudov onu həbsə atmışdı. O, Azərbaycanın tarixi şəxsiyyətlərinin ailə üzvüdür. Bu, biabırçılıq idi. Sonradan məlum oldu ki, Eldar Mahmudov eyni silahlarla tanınmış jurnalist Pərviz Həşimlini də şərləyib. Hər iki prosesi izləyirdim, acıyırdım. O zaman mərhum vəkil Elton Quliyevə o silahların mənşəyinin müəyyən olunmasına köməklik etdim. Ali Məhkəmənin İlqar Məmmədovla bağlı qərarını eşitdim. Hesab edirəm ki, eyni bəraət hökmü Nicat Quliyev və Pərviz Həşimli barəsində verilməlidir. Mən hər iki işdən xəbərdaram. Çox gülünc, dövlət adına utanc gətirən hadisələr idi”.
Daha çox xəbər:
Eldar Mahmudovun əmisi oğlunun şikayətinə baxılıb
Mahmudovun çetesi yenidən toplaşır? - “İçəridə” az adam qaldı
Azərbaycanda bu ali rütbəni yalnız onlar daşıyır - SİYAHI
“Eldar Həsənovun adını məqsədli şəkildə hallandırırlar”- Prezident Administrasiyasına rəhbər gətirilməsi xəbərinə reaksiya
Qadınları Türkiyədə satan həbs edildi