Gündəm
“Eldar Həsənovun adını məqsədli şəkildə hallandırırlar”- Prezident Administrasiyasına rəhbər gətirilməsi xəbərinə reaksiya
Bu gün sosial şəbəkələrdə Azərbaycanın sabiq baş prokuroru, hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun Prezidenti Administrasiyasına rəhbər gətirilməsi barədə xəbərlər yer alıb. Bizimyol.info xəbər verir ki, ümumiyyətlə son vaxtlar.
Eldar Həsənov haqqında müxtəlif məlumatlar mətbuatda yer almaqdadır. Uzun illərdir ki, ölkədən kənarda, diqqətdən kənarda olan Eldar Həsənovun adını sanki kimlərsə məqsədli şəkildə qalmaqallara cəlb etmək istəyir.
Eldar Həsənovun yaxın dostu, Əməkdar jurnalist Əlövsət Ağalarov da Bizimyol.info saytına verdiyi açıqlamada qeyd edib ki, o Eldar Həsənovla yenicə danışıb və bu barədə heç bir informasiya onun özünə məlum deyil.
“Kimi isə vəzifəyə təyin edəndə bunu ilk olaraq dövlət başçısı bilir bir də həmin şxsin özü. Əgər bu xəbəri hələ ortada heç bir rəsmi məlumat olmadan yayıblarsa demək bu məqsədli şəkildə edilir. Ya kimsə öz arzusunu dilə gətirir, ya qəsdən edirlər ki, gözdən salsınlar. Eldar Həsənov öz işindən məmnudur və işinin başındadır. Bu deyilənlərin hamısı şaiyədir. Gah deyirlər Eldar Həsənov Rusiyanın dostudur, gah deyirlər İranın. Adam Qarabağ problemi ilə əlaqədar Lavrova qarşı mövqe tutub. Eldar Həsənov Qarabağ problemi ilə bağlı öz dəyişməz və kəskin mövqeyinə görə fərqlənir.”,- deyə o qeyd edib.
Qeyd edək ki, bir neçə həftə öncə SOCAR mühafizəçiləri ilə Qarabağ əlilləri arasında qarşıdurma faktının arxasında Eldar Həsənovun dayanması barədə iddialar da səsləndirilmiş, səfirin adı süni surətdə gündəmə gətirilmişdi.
Daha çox xəbər: