Hadisə
17:00, 28 aprel 2020
53
0

Maştağada fərdi yaşayış evində yanğın baş verib - YENİLƏNİB + VİDEO

Maştağada fərdi yaşayış evində yanğın baş verib - YENİLƏNİB + VİDEO
Maştağa qəsəbəsində fərdi yaşayış evində qeydə alınan yanğın artıq söndürülüb.

Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.

12:41

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evi yanır.

Oxu.Az xəbər verir ki, yanğının görüntüləri sosial şəbəkədə paylaşılıb.

Belə ki, Maştağa qəsəbəsində 22 saylı orta məktəbin yaxınlığındakı fərdi yaşayış evlərindən birində güclü yanğın başlayıb.

Şahidlər bildirirlər ki, yanğının ətrafdakı evlərə keçmə ehtimalı böyükdür.

İlkin məlumata görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva faktı Oxu.Az-a təsdiqləyib.

O bildirib ki, əraziyə nazirliyinin yanğından mühafizə bölmələrinin texnikası və canlı qüvvəsi cəlb olunub:

“Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”.

Digər xəbərlər: