Sosial
13:11, 22 yanvar 2020
116
0

Bakıda hündürmərtəbəli binada yanğın olub

Bakıda hündürmərtəbəli binada yanğın olub
Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Bizimyol.info xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Natiq Əliyev küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Yanğın binanın 16-cı mərbəsində yerləşən elektrik şitində meydana gəlib, sakinlər binadan təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
Digər xəbərlər: