Dünya
ABŞ Rusiyanı koronavirusla bağlı saxta məlumat yaymaqda ittiham etdi
ABŞ-ın Müdafiə Nazirliyi Rusiyanı koronavirus pandemiyası ilə bağlı saxta məlumat yaymaqda ittiham edib.
“RİA Novosti” xəbər verir ki, rəsmi Vaşinqton Kremli bu qanunazidd fəaliyyətini dayandırmağa çağırıb.
ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisi Lora Kuper “Russia Today” və “Sputnik” kimi kütləvi informasiya vasitələrini saxtakarlıqda günahlandırıb.
Onun sözlərinə görə, Rusiya tərəfindən maliyyələşən bəzi KİV-lər dünyada pandemiyanın olmadığını, İtaliyada isə bu qədər insanın adi qripdən vəfat etdiyini yazır.
Qeyd edək ki, bir müddət öncə Avropa Birliyi Rusiya ilə bağlı bənzər bəyanat yaymışdı.(oxu.az)