Dünya
15:41, 23 oktyabr 2019
48
0

Kreml ABŞ-ı xəyanətdə ittiham etdi

Kreml ABŞ-ı xəyanətdə ittiham etdi
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, son illər kürdlərin ən yaxın müttəfiqi ABŞ onları tərk edib.
Bizimyol.info xəbər verir ki, “Əslində, onlara xəyanət ediblər. İndi onlar, demək olar ki, kürdləri sərhəddə türklərə qarşı vuruşmağa məcbur edirlər”, - deyə Peskov əlavə edib.

Onun sözlərinə görə, silahlanmış kürd birləşmələri geri çəkilməsə, “Türkiyə ordusunun zərbəsi altında” qala bilər.

Bununla rəsmi Kreml ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin Türkiyə ilə bağlanmış müqavilələrdə nəzərdə tutulan ərazilərin tərk edilməsi ilə bağlı şübhələri ifadə edən açıqlamaya münasibət bildirib.
Digər xəbərlər: