Hadisə
14:52, 11 aprel 2020
33
0

Keçmiş icra başçısının qohumu qəza törədib, 3 nəfər ölüb

Keçmiş icra başçısının qohumu qəza törədib, 3 nəfər ölüb
Şabran rayonunda baş verən ağır yol qəzasında yaralanan və Rayon Mərkəzi Xəstəxanasına aparılan yerli sakinlər-Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu ölüblər.
“Report” bildirir ki, digər yaralı- Cəlal Azad oğlu Babayev isə H.Z.Tağıyev qəsəbəsindəki xəstəxanaya aparılarkən yolda keçinib.

Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (1995-2007) Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir. O və digər iki yaralı- - İsmayıl Zəkiyevlə Ramin Əzməmmədov Şabran Rayon Mərkəzi xəstəxanasında müalicə olunurlar.

Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: