Cəmiyyət
Zahid Oruc keçmiş nazirlərə eyham vurdu
"Hökumətdə məlum dəyişikliklər baş verməsəydi, bəşəri çağırışların qarşısında dayanmağımız çətin olardı. Ancaq hakimiyyətdəki yeni komanda ilə biz problemlərin qarşısına çıxa bildik”.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, hökumətdə oliqarx-məmur burjuaziyası daralıb. Deputat qeyd edib ki, vergi sahəsində də ciddi irəliləyişlər əldə olunub.
"Artıq vergi məmurları gələndə sahibkarlar əsmir, qorxmur. Çünki indi gülərüz vergi məmuru obrazı var”, - deyə Z.Oruc əlavə edib.
Deputat onu da bildirib ki, koronavirus pandemiyası Azərbaycanda gizli iqtisadiyyatı üzə çıxarır.