İdman
Məsut Özildən oruc tutanlara dəstək - futbolçu Qızıl Ayparaya ianə etdi
Londonun “Arsenal” klubunun futbolçusu Məsut Özil Türkiyənin Qızıl Aypara Cəmiyyətinə 80 min funt (171 min AZN) ianə edib. Vəsait orucu pandemiya şəraitində tutmağa məcbur olan müsəlmanlara yardım etmək üçün nəzərdə tutulub.
Bu barədə “Sun” nəşri yazır.
“Qardaşımız Məsutun sayəsində ehtiyacı olanlar ən qısa zamanda lazım olan hər şeylə təmin olunacaqlar ”, - deyə Türkiyənin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kərəm Kinik nəşrə bildirib.
Qeyd edilir ki, futbolçu bütün müqəddəs Ramazan ayı ərzində Türkiyədə və Suriyada 16 min insanı ərzaq və dərmanlarla təmin edəcək.
Daha çox xəbər:
Balıqların “qaçışı”: 30 min qızıl balıq fermadan qaçıb su anbarını zəbt etdi
Baş Prokurorluq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
“EVRASCON” ASC koronavirusla mübarizəyə 130 min AZN ayırdı
“Buta Trading” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürdü
Türkiyədə 71 yaşlı futbolçunu transfer etdilər