Hadisə
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu - YARALILAR VAR VİDEO FOTO
![Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu - YARALILAR VAR VİDEO FOTO Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu - YARALILAR VAR VİDEO FOTO](/uploads/posts/2019-04/1556428772_9112566b-d68c-4379-ba69-c8b2b7ab877e-1.jpg)
Bakıda kommunal xidmət avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 24 nəfər xəsarət alıb.
BEŞ.AZ xəbər verir ki, yaralılardan 21-i böyük, 3-ü uşaqlardır.
Yaralılardan 8-i hazırda xəstəxanada müalicə alır. Qəza zamanı xəsarət alan uşaqlar da daxil olmaqla, digər yaralılar evə buraxılıb.
Qeyd edək ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.
Hadisə nəticəsində avtobusun 24 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib