Hadisə
12:34, 25 aprel 2019
124
0

Avtobus parkında bedbext hadisə yaralılar var!!!

Avtobus parkında bedbext hadisə yaralılar var!!!



Bakıda avtobus parkında bədbəxt hadisə baş verib.

BEŞ.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Balakişiyev küçəsində "General Avto Company" şirkətinə məxsus avtobus parkında qeydə alınıb.

Həmin parkda təkərçi işləyən, 1963-cü il təvəllüdlü Rəhimov Sirac Ziyadxan oğlu 11 nömrəli marşrut avtobusunun arxa şininə hava vurarkən təkər partlayıb. Nəticədə S.Rəhimov ağır kəllə-beyin travması, kürək sümüklərinin sınığı, baş beyin əzilməsi, baş və sifət sümüklərinin sınığı xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Yaralı baş-beyin nayihəsindən əməliyyat olunsa da, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: