Dünya
Çindən korona ilə bağlı daha bir xoş xəbər
Çində bu gün ilk dəfə yeni tip koronavirusdan həyatını itirən olmayıb.
Axar.az xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat yayıb.
“Çində yeni tip koronavirusdan yanvar ayından bu yana ilk dəfə ölüm faktı qeydə alınmayıb. Buna baxmayaraq, sutka ərzində daha 32 nəfərdə virus aşkarlanıb. Beləliklə, ölkə üzrə pandemiyaya yoluxanların sayı 81 min 740 nəfərə çatıb, 89 insan isə sağalaraq evə buraxılıb”, - məlumatda bildirilib.