Siyasət
19:53, 01 aprel 2020
78
0

Gənc deputatdan xeyirxah addım

Gənc deputatdan xeyirxah addım
Deputat Könül Nurullayevanın təşəbbüsü ilə koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ərazidə yaşayan insanları narahat edən məsələlərin həllinə operativ şəkildə kömək göstərmək üçün Bakı şəhəri Nizami rayonunda “Deputat qərargahında” İşçi qrupu yaradılıb.

Millət vəkilinin sözlərinə görə, ötən dövr ərzində İşçi qrupuna daxil olan onlarla müraciətin təhlili göstərib ki, yaşı 65-dən yuxarı tənha yaşayan bəzi sakinlər DSMF-nin Nizami rayon şöbəsində qeydiyyatda deyil və yaxud tamamilə tənha yaşayan ahıl insanlardır:

“Edilmiş müraciətlərə əsasən, yaşından asılı olmayaraq, rayonda yaşayan son dərəcə imkansız ailələr var ki, onların da bilavasitə sosial yardıma ehtiyacı var”.

Könül Nurullayeva vurğulayıb ki, qeyd olunan müraciətlər, o cümlədən, DSMF-nin Nizami rayon şöbəsi ilə sıx əməkdaşlıq nəticəsində əldə edilmiş məlumatlar əsasında tənha yaşayan ahıl vətəndaşlar, eyni zamanda, yaşından asılı olmayaraq son dərəcə imkansız ailələr, karantin səbəbi ilə işindən kənarlaşdırılıb.

Çıxılmaz vəziyyətdə qalan həqiqi ehtiyacı olan insanların vəziyyəti “İşçi qrupu”nun yığıncağında müzakirə olunaraq operativ şəkildə bir qrup sakinə yardım edilməsi qərara alınıb:

“Q.Qarayev 73,61,55,63, 36a, Rüstəmov 21a,25/63,39,35.27,66,43,3, Naxçıvanski 65a,67, E.Süleymanov 108,112, Şərifli 100, Keşlə qəsəbəsi üzrə və s. ünvanlarda yaşayan imkansız, tənha insanlara ərzaq və təmizləyici vasitələrdən ibarət xüsusi hazırlanmış bağlama verilib və bu təşəbbüsün xüsusi karantin rejimi dövrü ərzində davam etdirilməsi qərara alınıb.

Bu missiyanın həyata keçirilməsində könüllü qismində iştirak edən Nizami rayon sakinlərinə xüsusi təşəkkürümüzü bildiririk. Allah köməyimiz olsun!”
Digər xəbərlər: