Dünya
Karantindən imtina edib, hava limanından qaçmağa çalışdılar
Martın 29-da Vyetnamdan Kiyevin Borispol hava limanına təxliyyə edilən ukraynalılar karantindən imtina edərək, terminaldan qaçmağa çalışıblar.
Bu barədə UNİAN xəbər yayıb.
Ölkəyə gələn ukraynalılar 14 günlük tibbi nəzarət üçün öhdəlik imzalamayaraq, uçuşdan əvvəl karantin barədə onlara xəbərdarlıq olunmadığını iddia ediblər.
Bundan sonra onlar qapını döyərək, növbəsiz keçməyə və qaydanı pozmağa çalışıbar.
“Onları xüsusi avtobuslarla çıxarmaq planlaşdırılmışdı. Ancaq bundan imtina etdilər, çünki çoxlarını qohumları qarşılayırdı və hava limanını özləri tərk etdilər. Müşahidə edilməkdən imtina etdikləri barədə məlumat yoxdur. Hamısı özünütəcrid üçün müvafiq sənədləri imzaladılar”, - deyə Kiyev vilayət polisinin mətbuat katibi bildirib.(oxu.az)
Daha çox xəbər:
Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron karantindən belə çıxacaq - AÇIQLAMA
Makiyajdan imtina edən dünya ulduzu tanınmaz halda - Fotolar
Prezidentin oğlu ABŞ-da səfir vəzifəsindən imtina edib
Bu 3 qidadan imtina etdi - Arıqladı, şəkəri düzəldi
Səhiyyə Nazirliyi və İTSDA Çindən təxliyyə edilən tələbələrlə bağlı məlumat yayıb