Sosial
20:55, 02 may 2020
59
0

Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron karantindən belə çıxacaq - AÇIQLAMA

Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron karantindən belə çıxacaq - AÇIQLAMA
“Operativ Qərargah mövcud vəziyyəti nəzərə alaraq xüsusi karantin rejiminin yumşaldılmış formada davam etdirilməsi barədə qərar qəbul edib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

"Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda tədricən, digər rayonlarda isə karantindən çıxmaq sürətlə həyata keçiriləcək. Bunu karantin rejimindən iki fərqli sürətlə çıxmaq kimi xarakterizə etmək olar”, - İ. Məmmədov vurğulayıb.
Digər xəbərlər: