Siyasət
20:34, 30 mart 2020
43
0

Millət vəkili nəvəsinə bu adı qoya bilməyib - SƏBƏB

Millət vəkili nəvəsinə bu adı qoya bilməyib - SƏBƏB
Deputat Tahir Kərimli bu gün Milli Məclisin iclasında Azərbaycan dili ilə bağlı çıxış edib.

BakuPost-un məlumatına görə,o bildirib ki, dövlət dilinin qorunmasına ehtiyac var:

"Məsələn, mənim adımı fars dilindən çevirsək, adım olacaq Təmiz Köməkli. Toponomiya sözü ancaq yerlə bağlıdır? Hidronomiya ilə bağlı terminləri dəyişəndə də ona bu komissiya baxacaq? Milli Məclis yeganə nümunəvi orqandır ki, dövlət dilinin tətbiqi burada gözlənilir. Ancaq digər yerlərdə bunu demək mümkün deyil.

Məsələn, bu yaxınlarda nəvəmin adını "Doğrul” qoymağa icazə vermədilər. Dedilər ki, Toğrul olmalıdır. Toğrul isə əslində Azərbaycan dilində Doğrul deməkdir”.
Digər xəbərlər: