Cəmiyyət
16:00, 30 sentyabr 2019
55
0

Milli Məclis qanunu dəyişdi - dövlət rüsumu artırıldı

Milli Məclis qanunu dəyişdi - dövlət rüsumu artırıldı
Milli Məclisin bu gün keçirilən plenar iclasında nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Report” xəbər verir ki, iclasda bildirilib ki, rüsumun artırılması üçün "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilir. Hazırda bu rüsum 20 manatdır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Avtomobillərin texniki baxış rüsumu ilə bağlı yeni TƏKLİFTexniki baxışdan yığılan pullar yol polisinin maaşına hesablanacaqDİQQƏT! Avtomobillərin texniki baxış rüsumu artırılırParlamentdə pensiya haqqında qanuna dəyişiklik edildiMilli Məclis pensiyaların artırılması ilə bağlı QANUNU TƏSDİQLƏDİBu şəxslərdən 250 manat dövlət rüsumu alınacaqŞəxsiyyət vəsiqələri ilə bağlı dövlət rüsumu dəyişir (RƏSMİ)Avtomobil sahiblərinin nəzərinə: Texniki baxışla bağlı yeni qayda qəbul edildi
Digər xəbərlər: