Cəmiyyət
"Biz birlikdə güclüyük" şüarı Alov Qüllələrində - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında iştirak ediblər.
"Yeni klinika" tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşündə çıxış edərək koronavirus pandemiyası ilə mübarizə aparan həkimlərə təşəkkürünü bildirib. Bildiyiniz kimi, artıq birinci dəfə deyil ki, Prezident bu fikirləri söyləyir. Bundan əvvəl də pandemiya ilə mübarizə aparan həkimlərin əməyini v fədakarlığını xüsusi qeyd etmiş, tibb işçilərinin əməkhaqqını müəyyən müddətdə bir neçə dəfə artırmaqla bağlı sərəncam vermiş, bundan başqa Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradaraq ora 20 milyon manat vəsait ayırmışdı. Bu zaman da yenə pandemiya ilə mübarizzədə öz biliyini, əməyini və enerjisini sərf edən, hətta bütün həyatını, sağlamlığını risqə atan həkimlərin və tibbi personalın xismətləri xüsusi olaraq qabardılmışdı. “Yeni Klinika”nın açılışında da Prezident bunu bir daha və xüsusi olaraq vurğuladı:
"Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan "Alov qüllələri"ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq".
Prezident İlham Əliyevin çıxışından sonra Alov Qüllələrində "Biz birlikdə güclüyük!" fikri, "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal Azərbaycan!" sloqanları əks olundu. Dövlət başçısının fikri bütün xalqın şüarına çevrildi. Bu, ölkənin, millətin çətin, taleyüklü anlarnda dövlət rəhbərinin birləşdirici və ümidverici səylərini bir daha vurğulamaq aksiyası idi.
Daha çox xəbər:
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını etdi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezidentə minnətdarlıq məktubları gəlməkdə davam edir
Bunu artıq bir neçə dəfə demişəm, bir daha... - Prezident