Siyasət
Bunu artıq bir neçə dəfə demişəm, bir daha... - Prezident
Mən bunu artıq bir neçə dəfə demişəm, bir daha işçilərə demək istəyirəm. Xüsusilə nəzərə alsaq ki, bu bölgədə aprelin əvvəlindən səhiyyə sistemimiz icbari tibbi sığorta sisteminə keçir, pulsuz tibbi xidmət almaq üçün vətəndaşlar gərək mütləq rəsmi qaydada işləsinlər. Ona görə qeyri-rəsmi məşğulluğa qarşı mübarizə üsullarından biri də icbari tibbi sığorta olacaq. Əlbəttə ki, əgər kimsə qeyri-rəsmi işləyirsə, gələcəkdə pensiyadan da məhrum olacaq.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında müəssisənin kollektivi ilə görüşündə bildirib.
"Bir sözlə, belə gözəl müəssisələrin yaradılması və inkişafı məni çox sevindirir. Xüsusilə mən bu aqroparkın timsalında ardıcıl siyasəti görürəm. Çünki bəzi hallarda müəssisə yaradılır, hətta elə hallar olub ki, mən o müəssisələrin açılışında iştirak etmişəm, ondan bir müddət sonra o bağlanır. Deməli, iş prosesi düzgün qurulmayıb. Amma sizdə nəinki bağlanmayıb, hətta mənim bura gəldiyim bu 8 il ərzində hər dəfə inkişaf, yenilik görürəm. Görürəm ki, burada insanlara yüksək qayğı göstərilir. Bu şərait böyük zövqlə yaradılıb, eyni zamanda, market, kafe. Hər şey insanlar üçündür ki, Azərbaycan vətəndaşları daha yaxşı, rahat yaşasınlar. Bunları təmin etmək üçün Azərbaycan dövlətinin kifayət qədər iradəsi, imkanları var və Ağstafa rayonunda görülən işlər buna əyani sübutdur", - İ.Əliyev vurğulayıb.
Daha çox xəbər:
Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq
Bu xidmətlər icbari tibbi sığorta sisteminə daxil olmayacaq - RƏSMİ
Nazir müavini: "Azərbaycanda pulsuz səhiyyə özünü doğrultmadı"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində nə baş verir? - Müraciət...
Əhaliyə şad xəbər: İlk üç ay maaşınızdan pul tutulmayacaq