Hadisə
15:04, 27 mart 2020
38
0

Türkiyədə qardaşlar arasında mübahisə ölümlə nəticələndi

Türkiyədə qardaşlar arasında mübahisə ölümlə nəticələndi
Türkiyənin İzmir şəhərində yaşayan 41 yaşlı Hakan T. 44 yaşlı qardaşı Erkan T. ilə mübahisə edib.

“Haber Global” xəbər verir ki, bir müddət sonra mübahisə davaya çevrilib.

Münaqişə zamanı Hakan T. tapança ilə qardaşının sinəsindən atəş açıb.

Atəş səsini eşidən qonşular polis və təcili tibb xidmətinə xəbər verib.

Hadisə yerinə gələn həkimlər qanlar içində yerdə uzanan kişiyə ilk yardım göstərdikdən sonra onu xəstəxanaya yerləşdiriblər.

Həkimlərin bütün cəhdlərinə baxmayaraq kişinin həyatını xilas etmək mümkün olmayıb.
Digər xəbərlər: