Cəmiyyət
21:28, 07 noyabr 2019
38
0

Azərbaycanlı həkim Türkiyədə güllələndi - VİDEO

Azərbaycanlı həkim Türkiyədə güllələndi - VİDEO
Türkiyədə özəl xəstəxananın sahibi olan həkim azərbaycanlı həmkarını güllələyib.

Regiitv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Avcılar ilçəsində yerləşən özəl xəstəxanaların birində baş verib. Xəstəxananın sahibi T.Cəlal azərbaycanlı həmkarı A.A ilə mübahisə edib. Mübahisə əsnasında həkim üzərindəki silahla həmkarına atəş açıb. O, hadisə yerindən qaçmaq istəsə də xəstəxana önünə gələn polislər tərəfindən saxlanılıb.

Bakırköy Sadi Konur dövlət xəstəxanasına çatdırılan azərbaycanlı həkimin vəziyyətinin ağır olduğu qeyd edilib.(Yeniavaz)

Digər xəbərlər: