Sosial
Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində ilk müqavilələr rəsmiləşdirilib
İKZF-dən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların nəzərinə çatdırırıq ki, “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin fəaliyyəti 19 mart 2020-ci il tarixinədək məhdudlaşdırıldığından, Fond tərəfindən vətəndaşların sənədlərinin qəbulu da müvəqqəti dayandırılıb. Sənəd qəbulunun davam etdirilməsi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.
Bu günədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:
EİKZS-də elektron kabinet yaradanlar - 8 374
Müraciət formalaşdıranlar - 7 523
Müraciət göndərənlər - 5 893
Sənəd təqdim edənlər - 298
Razılıq qərarı alanlar - 222
Razılıq verilməsindən imtina olunanlar - 3
Mənzil seçimi edənlər - 72
Rəsmiləşdirilmiş müqavilələr - 6
Rəsmiləşdirilmə günü təyin olunanlar - 23
Qeyd edək ki, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.
Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.
Daha çox xəbər:
